Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, qoşa yarışında isə Aqil Qəbilov - Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov - Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov - Həcər Nuriyeva cütlüyü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin ediblər.
Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala yiyələniblər.
- “Dortmund”un futbolçusu Bundesliqada klubunu dəyişib
- Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
- Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
- Samir Abasov: “Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq”
- AFFA hakimlərin tərəfini tutdu: “Neftçi”nin oyununda penalti yox idi”