
Kişi həndbolçulardan ibarət “Kür” klubu bu gün avrokubok mübarizəsinə start verib.
Apasport.az xəbər verir ki, Mingəçevir təmsilçisi Avropa kubokunda yarışa 2-ci mərhələdən başlayıb.
“Kür” “Parnassos”la ilk duelə çıxıb. Kipr klubunun nominal meydan sahibi sayılacağı qarşılaşma Mingəçevirdə baş tutub. Fasiləyə məğlub yollanan komandamız ikinci hissədə vəziyyəti öz xeyrinə dəyişə bilib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü sabah baş tutacaq.
Avropa kuboku
2-ci mərhələ, ilk oyun
26 iyun
17:00. “Parnassos” (Kipr) – “Kür” (Azərbaycan) - 31:35 (17:16)
Hakimlər: Stefan Berdiç, Filip Sorak (hər ikisi Serbiya)
Mingəçevir. “Kür” Olimpiya İdman-Tədris Mərkəzi
- Millilərimiz Avropa çempionatında yarımfinal oyunlarına çıxacaqlar
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- "Turan Tovuz" "Araz"ı məğlub etdi - YENİLƏNİR
- Van Bronkhorstdan “Beşiktaş” açıqlaması: "ORADA SÖZÜM KEÇMİRDİ"
- Murat Dikmen: “Bu gündən çox dərs çıxaracağıq”