“Napoli” Kulibalini “Çelsi”yə satır
14.07.2022 - 00:46
Müdafiəçi Kalidu Kulibali “Çelsi”yə keçir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu seneqallı futbolçunun transferi ilə bağlı klubu “Napoli”nin razılığını alıb.
Tərəflər 31 yaşlı oyunçunun 40 milyon avro müqabilində İngiltərəyə köçməsində ortaq məxrəcə gəliblər. Kulibali də neapolluların dünənki məşqinə qatılmayıb. Ulduz futbolçu yaxın günlərdə “zadəganlar”la 5 illik müqavilə imzalayacaq. Onun yeni komandasında illik maaşı 10 milyon avro olacaq.
Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.
- Güləşçimiz Avropa Olimpiya Təsnifat turnirində məğlub oldu
- Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- “Qalatasaray” İkardinin əvəzləyicisini tapdı
- Benzema və Militao finalda oynaya bilər
0
0