“Qarabağ” avrokubokda mübarizəni dayandırıb
17.11.2024 - 14:27
Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu bu gün növbəti avrokubok oyununu keçirib
Apasport.az xəbər verir ki, təmsilçimiz Avropa kubokunun 3-cü mərhələsinin cavab matçına çıxıb.
“Qarabağ” Ukrayna təmsilçisi “Qaliçanka”nı qəbul edib. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutan matç rəqibin üstünlüyü ilə keçib. Nəticədə "Qarabağ" 19:34 hesabı ilə uduzub.
Avropa kuboku
3-cü mərhələ, cavab oyunu
17 noyabr
12:00. “Qarabağ” (Azərbaycan) – “Qaliçanka” (Ukrayna) - 19:34 (6:14)
“Kür” Olimpiya İdman-Tədris Mərkəzi
İlk oyun – 20:33
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- Ralf Ranqnik: “Belçika qrupun favoritidir”
- Azərbaycan gimnastı Dünya Kubokunda medal qazandı
- Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
- Kanteden böyük jest: “Fənərbaxça” üçün maaşının azaldılmasına razılıq verib
0
0