“Qarabağ” “Zirə”ni məğlub etdi
12.01.2025 - 18:40
![“Qarabağ” “Zirə”ni məğlub etdi](https://apasport.az/storage/news/2025/january/12/big/6783d49a0b8606783d49a0b86117366928906783d49a0b85e6783d49a0b85f.jpeg)
"Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, "Azersun Arena"da keçirilən qarşılaşmada 6 qol vurulub.
Ağdamlılar 4:2 hesablı qələbəyə seviniblər. Komandanın heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.
Qəsəbə təmsilçisinin qollarına isə Ruan Renato və Martins Junior imza atıblar.
0
0