“Turan” 2 yoxlama matçı keçirib
05.11.2024 - 18:59

Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Turan" kollektivi Azərbaycan klubları ilə iki yoxlama oyunu keçirib.
Apasport.az xəbər verir ki, "Dinamo" ilə qarşılaşan asiyalılar 31:27 hesablı qələbəyə sevinib.
Daha sonra "Bakı" ilə üz-üzə gələn "Turan" məğlub olub. Qarşılaşma Azərbaycan klubunun 38:28 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan "Turan" komandası Bakıda daha əvvəl "Azəryol" komandası ilə qarşılaşıb.
“AHF Arena” İdman Kompleksində təşkil olunan yoxlama görüşü təmsilçimizin 34:28 hesablı qələbəsi ilə bitmişdi.
- Bodibildinq üzrə II muxtar respublika birinciliyi keçirilib
- “Liverpul” holland müdafiəçini transfer edə bilər
- Millimizin AVRO-2026-nın əsas mərhələsindəki rəqibləri qarşılaşıb
- "Fənərbaxça" fransalı ulduz üçün "Bavariya" ilə təmasa keçdi
- “Zirə” - “DAK 1904” matçının biletləri bu tarixdən satışa çıxarılacaq
0
0