Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub.
Apasport.az xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb.
İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar.
İkinəfərlik kayak qayığında Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışda gümüş medala layiq görülüblər.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- Şahruddin sarı vərəqə aldı, komandası heç-heçə etdi
- “Trabzonspor”-“Fənərbaxça” matçından sonra 12 nəfər saxlanılıb
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
- Levandovski gələn il futbolçu karyerasını başa vura bilər