Ardıcıl məğlubiyyətlər “Bavariya”da baş məşqçi Tomas Tuxelin işini itirməsi ilə nəticələnə bilər.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi bu posta ideal namizəd kimi Zinəddin Zidanı görür.
İddialara görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə ilk oyunundan (0:1) əvvəl fransız mütəxəssislə əlaqə yaradılıb. Hələlik 51 yaşlı məşqçinin bu çağırışa nə cavab verdiyi bəlli deyil.
Qeyd edək ki, komanda son 9 ildə ilk dəfədir, 3 ardıcıl oyunda məğlub olur. "Bavariya" sonuncu dəfə Bundesliqada “Bohum”a səfərdə 2:3 hesabı ilə məğlub olub. Komanda hazırda lider “Bayer”dən 8 xal geri qalır.
- 24 illik həsrət sona çatdı - Türkiyənin DÇ-dəki ilk qolu
- Baş məşqçi açıqladı: “Ronaldo qayıtmayacaq”
- "Qarabağ"ın prezidenti: Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq
- Rimas Kurtinaytis: “Çətin, amma vacib qələbə oldu”
- Azərbaycan Kubokunun finalı: "Sabah" və "Zirə" 31-ci dəfə üz-üzə gələcək