Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
12.10.2026 - 15:30
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar

Azərbaycanın kayak və kanoeçiləri oktyabrın 14-də Gürcüstanın Mtsxeta şəhərində keçiriləcək beynəlxalq reqataya qatılacaqlar.

Apasport.az xəbər verir ki, "Mtsxeta Şəhəri Günü" münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 idmançı ilə təmsil olunacaq.

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq. Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq.

Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.