Rafael Ağayevə ağır itki: Atası vəfat etdi
13.07.2026 - 16:43
Azərbaycan karateçisi Rafael Ağayevə ağır itki üz verib.
Apasport.az xəbər verir ki, beşqat dünya və onbirqat Avropa çempionunun atası Mahir Ağayev vəfat edib.
M.Ağayevin bir müddət əvvəl səhhətində problem yaranmışdı. O, bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə anasını da itirib.
0
0