A Seriyası: “Latsio”dan minimalhesablı qələbə
27.10.2025 - 01:54
İtaliya A Seriyasının VIII turunda “Latsio” öz meydanında “Yuventus”u qəbul edib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.
Oyunda yeganə qolu matçın 9-cu dəqiqəsində “Latsio”nun yarımmüdafiəçisi Toma Başiç vurub.
Bu qələbədən sonra “Latsio”nun xalı 11-ə yüksəlib və komanda turnir cədvəlində 10-cu pilləyə qalxıb.
Ardıcıl uğursuz nəticələr göstərən “Yuventus” isə artıq 8 oyun ardıcıl qələbə qazana bilmir.
- Yurgen Klopp: “Salaha görə narahat olmağa dəyməz”
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- "Qalatasaray"dan gənc futbolçuya jest
- Şahin Diniyev: "Milliyə olan ümid tam ölməyib" - Müsahibə
0
0