“Atletiko”dan “Barsa”ya ”SOYUQ DUŞ”
13.02.2026 - 02:03
İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, final matçında “Atletiko” “Barselona” ilə qarşılaşıb.
Görüş madridlilərin üstünlüyü ilə keçib. Hesab 6-cı dəqiqədə açılıb. Erik Qarsiya avtoqol müəllifi olub. Çox keçmədən Antuan Qrizmann fərqi iki topa çatdırıb. 33-cü dəqiqədə Ademola Lukman, ilk hissənin sonlarında isə Xulian Alvarez fərqlənib.
İkinci hissədə “Barselona”nın səyləri nəticə göstərməyib. “Atletiko” böyükhesablı qələbə ilə kubokun qalibi olub - 4:0.
0
0