La Liqa: “Sevilya”dan darmadağın
14.12.2025 - 22:17
La Liqa: “Sevilya”dan darmadağın

İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Sevilya" öz meydanında autsayder "Real Ovyedo"nu qəbul edib.

Ev sahibləri rəqibini 4:0 hesabı ilə darmadağın edib.

"Selta" isə "Atletik"ə 2 cavabsız qolla qalib gəlib.