Krivotsyukun komandası mövsümü 8-ci pillədə bitirdi
03.12.2023 - 16:53

Futbol üzrə Cənubi Koreya çempionatında mövsümə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" mövsümdəki son matçına çıxıb.
Sözügedən kollektiv 38-ci tur çərçivəsində doğma meydanda "Seul"la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qaldığı oyunun 44-cü dəqiqəsində sarı vərəqə də alıb.
"Daejeon" mövsümü 51 xalla 8-ci pillədə başa vurub.
- Azərbaycan səfərdə Slovakiyaya qalib gəldi - C liqasında yerimiz təmin olundu
- “Qarabağ”-“Zirə” biletləri bu gün satışa çıxarılacaq
- "Qarabağ" - "Lion" matçına 13 mindən çox bilet satılıb
- Vurğun Hüseynov: “Belçikaya qarşı oynayan əvvəlki heyətimiz indikindən güclü idi”
- Cerrard “Əl İttifaq”a "yox" deyə bilmədi
0
0