Milan əsas müdafiəçisini itirdi
06.11.2023 - 22:03
"İnter" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, Milan təmsilçisinin futbolçusu Benjamin Pavar zədələnib.
O, İtaliya A Seriyasının 11-ci turunun "Atalanta" ilə səfər matçında sıradan çıxıb.
Fransalı müdafiəçi ilk hissədə zədə səbəbindən meydanı xərəkdə tərk edib. Bu gün səhər tibbi müayinədən sonra Pavara diz oynağının burxulması diaqnozu qoyulub. Onun dizindən əməliyyata ehtiyacı yoxdur, ancaq təxminən bir ay gips taxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, bu mövsüm Benjamin Pavar "İnter"in heyətində 10 matç keçirib.
- Cavid Hüseynov: “Komandanı bu vəziyyətdə qoymaq olmaz”
- "Bayer" "Jirona"nın yarımmüdafiəçisi ilə güclənmək istəyir
- "Roma"nın məğlubiyyətsizlik seriyası 15-ə çatıb - 9 il sonra ilk dəfə
- Elmar Baxşıyev “Araz-Naxçıvan”ın planlarını pozur - EKSKLÜZİV
- Rusiya və Belarus idmançılarının neytral statusda iştirakına icazə verildi
0
0