
Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, bu gün bir matç keçirilib.
"Konyaspor" "Qalatasaray"ı qəbul edib.
Matça qonaqlar fəal başlayıblar. İlk yarıda Viktor Osimhen və Lukas Torreyra fərqlənib.
İkinci hissədə "sarı-qırmızılılar" daha 3 qol vurublar. Yusuf Demir adını tabloya yazdırıbsa, Rolan Şallai dubl müəllifi olub. Meydan sahiblərinin gücü isə yalnız təsəlli topuna çatıb. Pedrinyo komandasının yeganə qolunu vurub - 1:5.
Bununla da, "Qalatasaray" finala yüksəlib. Komandanın həlledici matçdakı rəqibi "Trabzonspor" - "Göztepe" cütünün qalibi olacaq.
Türkiyə kuboku
Yarımfinal
22 aprel
"Konyaspor" - "Qalatasaray" 1:5
- "Beşiktaş" "Aston Villa"ya rədd cavabı verib
- Adama Diakabi Türkiyə klubunda
- Poçettinodan “torba əməliyyatı”
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- Vidadi Rzayev: “Sənədi necə dəyişdiriblər, getsin İlqar Nadiri cavab versin” - Eksklüziv