“Qalatasaray” - “Fənər” matçının tarixi BƏLLİ OLDU
15.09.2026 - 21:55
“Qalatasaray” - “Fənər” matçının tarixi BƏLLİ OLDU

"Qalatasaray" - "Fənərbaxça" matçının tarixi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Türkiyə Super Liqasının IX turu çərçivəsində keçiriləcək oyun oktyabrın 26-da baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, "Qalatasaray" 13 xalla liderdir. "Fənərbaxça" isə 7 xalla 11-ci yerdədir.