![“Qalatasaray”dan qələbə - İkardinin sayılmayan qoluna etiraz edildi](https://apasport.az/storage/news/2024/august/16/big/66bfaf1e11b3166bfaf1e11b32172383823866bfaf1e11b2f66bfaf1e11b30.jpeg)
Türkiyə Super Liqasının 2-ci turunda son çempion "Qalatasaray" "Konyaspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılar" Kerem Aktürkoğlu və Barış Alper Yılmazın qolları ilə çətin səfərdə 2:1 hesablı qələbə qazanıb.
Hesabda öndə olarkən, 76-cı dəqiqədə Mauro İkardi 3-cü qolu rəqib qapısından keçirib.
Lakin argentinalı hücumçunun qolu VAR yoxlanışından sonra ləğv edilib. İstanbul klubu qərardan dərhal sonra sosial media hesabında etirazını yayımlayıb.
Etirazda bildirilib: "İkardinin qolu anlamadığımız səbəblərdən VAR-da ləğv edilib".
Qeyd edək ki, "Qalatasaray" 2-ci matçını da qalib başa vuraraq 6 xalla turnir cədvəlinə başçılıq edir.
- Feliksə yeganə müştəri
- Kaxaber Tsxadadze: "Futbolçular xarakter göstərməli idilər, amma göstərmədilər"
- Millimiz Qazaxıstan və İngiltərə ilə hazırlıq keçəcək
- "Turan Tovuz"un zədəli müdafiəçisi: "Azarkeşlər mənə çox böyük güc verdi"
- Nağı Səfərov: “Dünya çempionatı Azərbaycanda idman bayramına çevriləcək”