Xetafedə qollu bərabərlik
08.09.2026 - 00:38
Xetafedə qollu bərabərlik

İspaniya La Liqasında IV tur davam edir.

Apasport.az xəbər verir ki, növbəti matç Xetafedə keçirilib.

Şəhərin eyniadlı komandası "Selta"nı qəbul edib. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

"Xetafe" 4 xalla turnir cədvəlinin 15-ci, "Selta" ilə 3 xalla 16-cı pilləsində qərarlaşıb.

Sentyabrın 13-də “Xetafe” “Deportivo”nu qəbul edəcək. “Selta” isə doğma meydanda “Malaqa” ilə qarşılaşacaq.