Mourinyo daha əvvəl çalışdırdığı 3 ulduzla maraqlanır
03.06.2024 - 13:52
![Mourinyo daha əvvəl çalışdırdığı 3 ulduzla maraqlanır](https://apasport.az/storage/news/2024/june/03/big/665d8c9bc78f2665d8c9bc78f31717406875665d8c9bc78f0665d8c9bc78f1.jpg)
Super Liqa təmsilçilərindən “Fənərbaxça"nın Joze Mourinyo ilə müqavilə imzalamasından sonra bütün gözlər “sarı-göylülər”in edəcəyi transferlərə çevrilib.
Apasport.az "Express"ə istinadla xəbər verir ki, Mourinyonun daha əvvəl çalışdırdığı 3 futbolçu ilə maraqlandığı bildirilib.
Cesse Linqard, Sezar Aspilikueta, Nemanya Matiç portuqaliyalının komandasında görmək istədiyi adlardır.
Qeyd edək ki, Mourinyo İstanbul nəhəngi ilə 2+1 illik müqavilə imzalayıb.
0
0