Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdıracaq.
Milli üzvü ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. N.Abasov altı turdan sonra 1,5 xalla 7-8-ci yerləri bölüşdürür.
Bu gün həmçinin Əlireza Firuzca (Fransa) - Dommaracu Qukeş (Hindistan), Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE), Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşləri baş tutacaq.
İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.
- Misli Premyer Liqası: II turun oyun cədvəli açıqlanıb
- Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə
- Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
- Azərbaycan - İslandiya oyununun hakimləri müəyyənləşib
- Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb