Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
11.05.2026 - 13:36
Rumıniyada “Buxarest Qran-Pri 2026” adlı rapid üzrə turnir keçirilib.
Apasport.az xəbər verir ki, 27 ölkənin qatıldığı turnirdə Azərbaycanı Rauf Məmmədov və Aydın Süleymanlı təmsil edib.
Hərəyə 8,5 xal toplayan Meksika şahmatçısı Joze Martinez Alkantara həmyerlimiz Aydın Süleymanlı yekunda 1-2-ci yerləri bölüşdürüb.
Azərbaycan milli komandasının üzvü Aydın Süleymanlı əlavə göstəricilərə görə turniri 2-ci pillədə başa vurub.
Digər şahmatçımız Rauf Məmmədov 8 xalla 7-ci yeri tutub.
Qeyd edək ki, Qran-Pridə 581 şahmatçı mübarizə aparıb.
- Lionel Skaloni: "Futbolçular elə qaçırlar, sanki sabah yoxdur"
- İdmana başlayanda edilən bu səhvlər ölüm səbəbi ola bilər - VİDEO
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- Futzal üzrə Azərbaycan millisi reytinqdə 29-cu pillədə qərarlaşıb
- Ekvador millisinin üzvü “Beşiktaş”da – RƏSMİ
0
0