Sinqapurda növbəti heç-heçə
12.12.2024 - 00:19

Sinqapurda Şahmat Tacı uğrunda yarış sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) mübarizəsi davam edir.
Onlar 13-cü partiyada üz-üzə gəliblər. Tərəflər 69-cu gedişdə sülhə razı olublar. Sona bir tur qalmış ümumi nəticədəki heç-heçəni dəyişmək mümkün olmayıb - 6,5:6,5.
Qeyd edək ki, sabah mübarizədə sonuncu tur keçiriləcək. Qalib müəyyən olunmayacağı təqdirdə şahmatçılar tay-breykdə qüvvələrini sınayacaqlar.
- Niko Uilyams nəhəng klubların radarına düşüb
- Azərbaycan çempionatında pley-off matçlarının püşkü atılıb
- İqor Ponomaryov: "Bu matç həm biz, həm də “Neftçi” üçün vacibdir" - Müsahibə
- Zaniolo “Qalatasaray”ın planlarında yoxdur - 3 klubdan təklif
- İdmançılarımız Avropa çempionatında 5 medal qazandılar: 2 qızıl, 2 gümüş...
0
0