Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
26.09.2024 - 16:31
![Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib](https://apasport.az/storage/news/2024/september/26/big/66f509ee0d32266f509ee0d323172733489466f509ee0d32066f509ee0d321.jpg)
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, Təşkilat Komitəsinin sədri, Vüqar Həşimovun atası Qasım Həşimov da tədbirdə iştirak ediblər.
Daha sonra isə püşkatma mərasimi baş tutub.
Qeyd edək ki, turnirdə ölkəmizi 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
0
0