Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə növbəti dəfə “ustad dərsi" keçirilib.
Apasport.az xəbər verir ki, yeniyetmələr arasında respublika çempionatının qalib və mükafatçıları o cümlədən perspektivli şahmatçılar bu dəfə Dünya kubokunun qalibi, üçqat Avropa çempionu Teymur Rəcəbovla görüşüb.
Mötəbər yarışlara hazırlıq barədə danışan Rəcəbov müxtəlif partiyaları təhlil edərək sonda uşaqların suallarına cavab verib.
Qeyd edək ki, oktyabrda kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək. Azərbaycan komandasının kapitanı Teymur Rəcəbov olacaq.
- Böyük Britaniya boks üzrə dünya çempionatını boykot etdi
- Orxan Əliyev: "Təmiz qolumu qeydə almadılar"
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- "Mingəçevir"də kompensasiya problemi: Məmmədovun gedişi maya qaldı
- Premyer Liqa klubu Çempionşipə düşdü - 11 futbolçu ilə yollar ayrıldı