“Qızıl buts” mükafatına əsas namizədlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, Erlinq Haland Avropa ölkələrinin çempionatlarının ən yaxşı bombaridirinə verilən mükafat uğrunda mübarizənin aşkar lideridir.
Norveçli hücumçu ən yaxın izləyicilərini 14 xal qabaqlayır. Əlçatmaz görünən “Mançester Siti”nin forvardına çatmaq üçün Viktor Osimhen və Harri Keyn 7, Enner Valensiya 12 top vurmalıdır ki, bu müddətdə Haland “susmalıdır”.
1. Erlinq Haland (“Mançester Siti”) – 56 xal (28x2)
2-3. Viktor Osimhen (“Napoli”) – 42 xal (21x2)
Harri Keyn (“Tottenhem”) – 42 xal (21x2)
4. Enner Valensiya (“Fənərbaxça”) – 39 xal (26x1,5)
5-6. Conatan Devid (“Lill”) – 38 xal (19x2)
Kilian Mbappe (PSJ) – 38 xal (19x2)
7. Amal Peleqrino (“Bodo Qlimt”) – 37,5 xal (25x1,5)
8-12. İvan Touni (“Brentford) – 34 xal (17x2)
Folarin Baloqun (“Reyms”) – 34 xal (17x2)
Robert Levandovski (“Barselona”) – 34 xal (17x2)
Vissam Ben Yedder (“Monako”) – 34 xal (17x2)
Aleksandr Lakazett (“Lion”) – 34 xal (17x2)
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular bəlli olub
- Azərbaycan bilyardçısı Avropa çempionu olub
- “Fənərbaxçanın” futbolçuları Avropanın zirvəsində
- “Siti” ötən il transferlərə ən çox pul xərcləyən klub olub