Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən turnirin son günündə şəxsi, qoşa və qarışıq-qoşa yarışında qaliblər müəyyənləşib.
Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa catıb.
Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.
Qarışıq qoşada isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına sahib çıxıb.
Xatırladaq ki, turnirin ilk günlərində keçirilən komandaların mübarizəsi kişilərdə “Bakı-1”in, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnib. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom, medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.
- Türkiyə klubu yenə “Qarabağ”ın qapısında - daha yüksək məbləğlə
- Olimpiya çempionlarımız Qarabağa səfər ediblər - FOTO
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi
- Mbappenin tələbi: Onu satın
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO