Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
25.03.2026 - 21:21
Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində yeniyetmə parataekvondoçumuz Səmayə Həsənova bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, K44 kateqoriyasında 47 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda Medine Cin (Türkiyə), 1/4 finalda isə Gül Ekincini (Türkiyə) məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turniri bürünc medalla başa vurub.