Taekvondo millisində yeni təyinat
23.07.2025 - 13:24
Taekvondo millisində yeni təyinat

İkiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı, sabiq parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını bitirərək məşqçiliyə başlayıb.

Apasport.az xəbər verir ki, o, bundan sonra zəngin təcrübəsi ilə fəaliyyətini milli komandada köməkçi məşqçi kimi davam etdirəcək.

33 yaşlı sabiq paralimpiyaçı hazırda milli komandanın baş məşqçisi Fərid Tağızadəyə köməkçi qismində Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün İstanbuldadır.