Əfsanələrin döyüşündə qalib müəyyənləşdi
29.07.2024 - 17:45
![Əfsanələrin döyüşündə qalib müəyyənləşdi](https://apasport.az/storage/news/2024/july/29/big/66a79ced15f7366a79ced15f74172226071766a79ced15f7166a79ced15f72.jpeg)
Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, o, 1/16 final mərhələsində ispaniyalı rəqibi Rafael Nadalla qarşılaşıb.
Görüş Cokoviçin qələbəsi ilə başa çatıb - 2:0 (6:1, 6:4).
Qeyd edək ki, ümumilikdə, 60 dəfə üz-üzə gələn Nadal-Cokoviç rəqabətində Novak Cokoviç 31:29 üstünlüyə malikdir.
0
0