Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir
20.04.2024 - 19:00
![Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilir](https://apasport.az/storage/news/2024/april/20/big/6623d508c66f56623d508c66f617136243286623d508c66f36623d508c66f4.jpg)
Bu gün veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib.
Apasport.az xəbər verir ki, “Şüa” İdman Kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.
Budəfəki çempionatda kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.
Yarışın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.
0
0