Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb
24.04.2024 - 17:58
![Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb](https://apasport.az/storage/news/2024/april/24/big/66290dd08651966290dd08651a171396654466290dd08651766290dd086518.jpg)
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.
Apasport.az quruma istinadla xəbər verir ki, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.
Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.
- Millinin baş məşqçisi 3 oyundan sonra qovuldu
- Keytanın “Qarabağ”a qoşulacağı tarix dəqiqləşdi
- Paris-2024: Türkiyənin yarımfinaldakı rəqibi bəlli olub
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- Qələbə qolunun müəllifi: “Ölməmişik, hələ də diriyik”
0
0