Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
AVF-nin təşkil etdiyi yarış dekabrın 25-26-da Şahdağ Turizm Mərkəzində baş tutacaq. Çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası iştirak edəcək.
Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar.
Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
- “Qarabağ” Budapeştə yollandı
- Azərbaycanın altı boksçusu Gürcüstanda keçirilən beynəlxalq turnirdə rinqə çıxacaq
- AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- Van Bronkxorst “Feyenoord”a qayıtdı - 2+1 illik müqavilə