“Qarabağ” Budapeştə yollandı
08.08.2022 - 11:00
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar Macarıstana yollanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Ferensvaroş”la görüş üçün Bakını tərk edib.
Ağdam klubunu aparan təyyarə Budapeştə yola düşüb. Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Ferensvaroş” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sabah baş tutacaq cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. “Qarabağ” öz meydanındakı ilk matçda rəqibi ilə qollu heç-heçə (1:1) edib.
- AFFA-nın idman qurğularına ayırdığı vəsait açıqlandı - YENİLƏNİR
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Adrian Mutu: “Hücum oyunçuları öz işlərini gördülər” - MÜSAHİBƏ
- "Liverpul" "Real"dan 150 milyona yarımmüdafiəçi almaq istəyir
0
0