
"Azərreyl”in çimərlik voleybolu üzrə qadınlardan ibarət komandası çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda növbəti oyunlarını keçirib.
Apasport.az xəbər verir ki, komandamız turnirin finalına yüksəlib.
Fransanın Montpelye şəhərində keçirilən yarışın 1/4 finalında rəqib Türkiyənin “TVF Spor Lisesi Ihtisas Kulübü” olub. Təmsilçilərimiz hər iki oyunu qələbə ilə başa vurub. "Azərreyl" yarımfinalda "Edra Tata" (Macarıstan) ilə qarşılaşıb. Bu görüşün qalibi isə Qızıl setdə bəlli olub. Daha dəqiq olan qadınlarımız həlledici görüşə vəsiqə qazanıblar.
Qeyd edək ki, "Azərreyl" sabah finalda Ukraynanın “Sunrise Beach Spors Academy” komandası ilə qarşılaşacaq.
Avropa Kuboku
12 oktyabr
1/4 final
Qadınlar
“Azərreyl” - “TVF Spor Lisesi Ihtisas Kulübü” (Türkiyə) - 2:0 (21:13, 21:05)
“Azərreyl” - “TVF Spor Lisesi Ihtisas Kulübü” (Türkiyə) - 2:1 (18:21, 21:19, 15:10)
Yarımfinal
"Azərreyl" - "Edra Tata" (Macarıstan) - 2:0 (21:14; 21:18)
"Azərreyl" - "Edra Tata" (Macarıstan) - 1:2 ( 19:21; 21:19; 9:15)
Qızıl set
"Azərreyl" - "Edra Tata" (Macarıstan) - 15:11
- "Sabah" Gənclər Liqasının qalibi oldu
- “Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB
- "Qəbələ" klubunun məşqçilər korpusunda yeni təyinat gerçəkləşib
- Konfrans Liqası: II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək - YENİLƏNİR
- Canni de Byazi: "Əsas odur ki, göydə uçmasınlar, ayaqları yerdə qalsın" - MÜSAHİBƏ