Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
16.06.2026 - 16:04
Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq

Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik voleybolu üzrə "Queen & King of the Court Mixed" turnirində 40 komanda iştirak edəcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.

İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən "Queen & King of the Court" turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.