Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə məşqləri Bakıda davam etdirir.
Apasport.az saytının məlumatına görə, hazırlıq planına uyğun olaraq yığmamız paytaxtda təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama görüşü də keçirəcək.
Millimiz Mərakeş və Belarus yığmaları ilə üz-üzə gələcək. Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Komandalar bir-birini də məhz bu arenada sınağa çəkəcəklər. Pərviz Səmədovun rəhbərlik etdiyi milli sınaq qarşılaşmalarını saat 17:00-da keçirəcək.
Azərbaycan millisinin yoxlama görüşləri
18 iyul
Azərbaycan - Belarus
19 iyul
Azərbaycan - Mərakeş
21 iyul
Azərbaycan - Belarus
22 iyul
Azərbaycan - Mərakeş
- Daha bir qız Dani Alvisi ədəbsiz hərəkətdə ittiham etdi
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- Yuriy Hura: "Sabah bu nəticəni düzəltməyə çalışacağıq"
- Qələbə qolunun müəllifi: “Ölməmişik, hələ də diriyik”
- Gimnastlarımız Yaponiyadakı Dünya Kubokunda mübarizə aparacaqlar