"Gəncə" argentinalı mütəxəssislə müqavilə imzalayıb
09.07.2025 - 15:17

“Gəncə” voleybol klubu yeni fiziki məşqçi ilə müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis Julian Karlos Giraldezlə bir mövsümlük müqavilə bağlanılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis Argentinanın “Gimnasia y Esgrima La Plata” və “Estudiantes de La Plata” komandalarında çalışıb.
0
0