Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
16.04.2024 - 09:53
![Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq](https://apasport.az/storage/news/2024/april/16/big/661e1191b764d661e1191b764e1713246609661e1191b764b661e1191b764c.jpeg)
Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.
0
0