Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ilk finalçı müəyyənləşib.
Apasport.az xəbər verir ki, “Azərreyl” yarımfinalda MOİK-i üstələyərək, həlledici görüşdə iştirak hüququna yiyələnib.
İlk qarşılaşmada 3:0 hesablı qələbə qazanan “Azərreyl” cavab matçında da eyni nəticəni təkrarlayıb. Setləri 25:12, 25:18 və 25:14 hesablı üstünlüklə tamamlayan komanda çempionluq şansını davam etdirib.
Yarımfinalın digər cütündə “Murov Az Terminal” və “Neftçi” komandaları aprelin 18-də üz-üzə gələcəklər. Bu klubların ilk duelində “Murov Az Terminal” 3:0 hesabı ilə qələbə qazanıb.
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
- AFFA-da klubların maliyyə menecerlərinin iştirakı ilə seminar keçirilib
- “Qalatasaray” polşalı qolkiperlə danışıqlar aparır
- Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib - FOTO
- “Sabah” daha bir legionerini göndərdi