Milli növbəti dəfə uduzdu
25.05.2024 - 19:25
![Milli növbəti dəfə uduzdu](https://apasport.az/storage/news/2024/may/25/big/6652030093f686652030093f6917166507526652030093f666652030093f67.jpeg)
Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma 2-ci turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.
Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:19, 25:19, 25:19).
Ötən gün Rumıniyaya (0:3) uduzan komandamız 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.
0
0