"Azərreyl" finalda məğlub olub
21.04.2025 - 16:54
"Azərreyl" finalda məğlub olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib.

Apasport.az xəbər verir ki, “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda "Abşeron" 3:0 hesablı qələbəyə sevinib.

Komandalar arasında həlledici görüş aprelin 24-də, Milli Gimnastika Arenasında baş tutacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), "qızıl set" oynanılacaq.