"Neftçi" “Murov Az Terminal”la üz-üzə gələcək
14.01.2025 - 09:19
!["Neftçi" “Murov Az Terminal”la üz-üzə gələcək](https://apasport.az/storage/news/2025/january/14/big/6785f4e00ce236785f4e00ce2417368322246785f4e00ce216785f4e00ce22.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, bütün matçlar eyni saatda başlayacaq.
Saat 16:00-da "Gənclər" "Azərreyl"lə, "Xilasedici" MOİK-lə, "Neftçi" isə “Murov Az Terminal”la üz-üzə gələcək.
Qeyd edək ki, dörd turdan sonra “Murov Az Terminal” 12 xalla liderdir. "Xilasedici" 12 xalla ikinci, "Neftçi" 8 xalla üçüncü, "Azərreyl" 7 xalla dördüncü pillədə qərarlaşıb. Beşinci və altıncı yerdəki "Gənclər" və MOİK-in xalı yoxdur.
0
0