Voleybolsevərlərin nəzərinə
20.02.2024 - 11:44
![Voleybolsevərlərin nəzərinə](https://apasport.az/storage/news/2024/february/20/big/65d44ab39000465d44ab390005170841157165d44ab39000265d44ab390003.jpg)
Qadın voleybolçular arasında Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, birinciliyin hesabat turu çərçivəsində bu gün 2 qarşılaşma oynanılacaq.
UNEC-in idman zalında baş tutacaq görüşdə xala həsrət qalan İqtisad Universitetinin komandası “Murov Az Terminal”ı qəbul edəcək.
Turnir cədvəlində qonşu olan “Abşeron”la “Gəncə” isə GİN-in Voleybol Mərkəzində keçiriləcək oyunda üz-üzə gələcəklər .
Qeyd edək ki, hər iki qarşılaşma saat 18:00-da başlayacaq.
0
0