Yüksək Liqa: III tura yekun vurulur
18.12.2024 - 09:17
![Yüksək Liqa: III tura yekun vurulur](https://apasport.az/storage/news/2024/december/18/big/67625b7dad6ff67625b7dad700173449919767625b7dad6fd67625b7dad6fe.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün III tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, saat 15:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” "Azərreyl"i qəbul edəcək.
İki saat sonra "Gənclər" və “Murov Az Terminal” münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, ötən gün "Neftçi" MOİK-ə qalib gəlib - 3:0.
0
0