Yüksək Liqa: "Xilasedici" "Neftçi" ilə görüşəcək
22.01.2025 - 09:18
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VII tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
"Gənclər" MOİK-lə, "Xilasedici" "Neftçi" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma saat 16:00-da start götürəcək. Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil ediləcək.
Qeyd edək ki, tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” - “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.
- İdmançımız beynəlxalq turnirdə birinci olub
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də
- “Araz-Naxçıvan”ın futbolçusu zədəsini sağaldıb
- “Neftçi” və “Qarabağ”ın futbolçularının komandası məğlub olub
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
0
0