3-cü dəfə eyni klubun baş məşqçisi təyin olundu
30.06.2022 - 13:31
“Atletik”in yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bilbao təmsilçisi Ernesto Valverdeni bu posta gətirdiyini açıqlayıb.
Ancaq 58 yaşlı ispaniyalı ilə müqavilənin müddəti barədə məlumat verilməyib. Bununla Valverde 3-cü dəfə “Atletik”i çalışdırmaq imkanı əldə edib. O, 2003-2005 və 2013-2017-ci illərdə də La Liqa təmsilçisinin sükanı arxasında olub. Valverde “Atletik”i ən çox oyuna çıxaran baş məşqçi rekorduna da sahibdir (306 görüş).
Qeyd edək ki, Ernesto Valverde 1990-1996-cı illərdə futbolçu kimi “Atletik”in formasını geyinib.
- Prezident və Mehriban Əliyevadan İrəvanda çempion olan Nuray Güngörə təbrik
- Birinci Liqada V turun oyun cədvəli bəlli olub
- Konfrans Liqası: "Başakşehir"dən qələbə, “Fiorentina”dan darmadağın - YENİLƏNİB
- Azərbaycan - Macarıstan matçının hakimləri açıqlanıb
- "Arsenal" "Real"ın keçmiş hücumçusu ilə maraqlanır
0
0