65 milyon funtluq qapıçı
20.12.2022 - 19:04
“Mançester Yunayted” heyətinə yeni qapıçı qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Portuqaliya millisinin və “Porto”nun qolkiperi Dioqu Koştanın xidmətində maraqlıdır.
Premyer Liqa klubu onun keçidi üçün təklif göndərəcək. Mançesterlilər Koşta üçün 65 milyon funt sterlinq ödəməyə hazırdır. Bu, qapıçının müqaviləsində göstərilən sərbəstqalma məbləğidir.
Qeyd edək ki, Dioqu Koşta cari mövsümün 19 oyunundan 9-da qapısını toxunulmaz saxlayıb.
- İngiltərə millisinin üzvü “İnter”də - RƏSMİ
- "Marsel" Amin üçün 22 milyon avro ödəyəcək
- Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar
- İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
- Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”
0
0