İtaliya B Seriyasında mövsümün sonuna yaxın elitaya ilk yüksələn klub bəlli olub.
Apasport.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan ilk komanda “Sassuolo” olub.
Komanda sonuncu dəfə “Spezia Mantova” ilə oyunda 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
Bu nəticədən sonra "Sassuolo" xallarını 75-ə yüksəldib. Onları izləyən və hazırda 3-cü sırada qərarlaşan “Spezia Mantova”nın aktivində isə 59 xal var. Bu isə o deməkdir ki, "Sassuolo" mövsümün sonuna 5 tur qalmış turniri ilk 2-də bitirəcəyini təmin edib.
Beləliklə, "Sassuolo" cəmi bir illik fasilədən sonra yenidən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
- Litva rəsmiləri Milli Gimnastika Arenasında olublar
- Millinin təlim-məşq toplanışında iştirak edəcək futbolçular bəlli oldu
- Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
- "Araz-Naxçıvan" 3 oyunçu ilə VİDALAŞDI