Afrika Millətlər Kuboku: II tura start verilib
27.12.2025 - 02:04
Afrika Millətlər Kubokunda II tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün 4 qarşılaşma baş tutub.
A qrupunda Zambiya və Komor adaları milli komandaları üz-üzə gəlib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 0:0.
Digər qarşılaşmada Mərakeş və Mali yığmaları 1:1 hesabı ilə bərabərliyə razılaşıblar.
B qrupunda Misir milli komandası Məhəmməd Salahın vurduğu qolla Cənubi Afrika Respublikasını məğlub edib - 1:0.
Anqola ilə Zimbabve arasında keçirilən oyun da 1:1 hesabı ilə nəticələnib.
0
0